featured-image-1004

Real Madrid”in hücumçusu Kərim Benzema Ramazan ayında oruc tutmasının onun gündəlik iş və məşq rejiminə təsir etmədiyini deyib.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu bildirib ki, Ramazan ayı onun həyatının bir parçasıdır:

“Oruc tutmağın mənim oyunuma və məşqlərimə heç bir təsiri olmur. Mənim dinim Ramazan ayının qaydalarına əməl etməyi vacib buyurur.  Bu, mənim üçün çox önəmlidir. Oruc tutanda özümü daha yaxşı hiss edirəm”.

Bənzər xəbərlər