featured-image-39297

Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirən Ağabala Ramazanovun son durumu açıqlanıb.

Msport.az xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi feysbuk hesabı məlumat yayıb.

30 yaşlı hücumçunun həyatı təhlükəsinin olmadığı bildirilib. Onun bir neçə gün xəstəxanada həkim nəzarətində olacağı vurğulanıb.

Ağabala Ramazanov qarşılaşmanın 45-ci dəqiqəsində rəqiblə toqquşub. O, dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, matç “Səbail”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər