"Oyundan sonra göz yaşlarımı saxlaya bilmədim" - Donnaruma
İtaliya millisinin qapıçısı Canluici Donnaruma komandasının Dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsini şərh edib.
Msport.az xəbər verir ki, “Skuadra Adzurra” pley-off-un finalında Bosniya və Herseqoviya yığmasına uduzub – 1:1 (1:4-pen.).
İtaliya artıq ardıcıl üçüncü mundialdan kənarda qalacaq.
“Dünən oyundan sonra göz yaşlarımı saxlaya bilmədim. İtaliyanı layiq olduğu yerə apara bilmədiyim üçün məyusluqdan ağladım. Kapitanı olmaqdan qürur duyduğum komanda ilə birgə böyük kədər hissi keçirirəm. Bilirəm ki, siz, azarkeşlər də bu anları yaşayırsınız.
İndi nəsə danışmaq çox da əhəmiyyət kəsb etmir. Amma sizinlə bölüşmək istədiyim bir hiss var: bu cür dərin xəyal qırıqlığından sonra yeni bir fəsilə başlamaq üçün cəsarət tapmaq lazımdır. Bunun üçün güc, inam və istək lazımdır.
Bu andan etibarən biz yenidən başlamalıyıq. Birlikdə və yenidən. İtaliyanı layiq olduğu yerə qaytarmaq üçün”.







