featured-image-79604

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının 1\16 final mərhələsində Kabo-Verde ilə oyunun başlama saatına etirazını bildirib.

Msport.az xəbər verir ki, görüş iyulun 3-də Mayamidə keçiriləcək. Matç yerli vaxtla saat 18:00-da başlayacaq.

Oyunun başlama saatında havanın temperaturunun 32 dərəcə olması gözlənilir, nüsbi rütibət isə 70 faiz olacaq.

“Biz çox isti havada oynamalı olacağıq. Oyunun bu saatda başlamasını başa düşmək olmur. Amma hamı eyni vəziyyətdədir. Odur ki, gileylənməyə dəyməz” – Skaloni belə deyib.

 

 

Bənzər xəbərlər