"Paltardəyişmə otağında ağladım" - Neymar
DÇ-2026-da ilk dəfə meydana çıxan Braziliya millisinin üzvü Neymar bununla bağlı fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, Braziliya qrup mərhələsinin 3-cü turunda Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.
Neymar 76-cı dəqiqədə Mateus Kunyanı əvəzinə meydana çıxıb:
“Bəli, mən paltardəyişmə otağında ağladım. Şükür Allaha ki, öz ölkəmin komandasına kömək edə bilirəm. Mən çox xoşbəxtəm”.
Braziliya yığması 7 xalla qrupda 1-ci yeri tutub.







