"Panatinaikos"un yeni məşqçisi məlum oldu - RƏSMİ
“Panatinaikos”un yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, Yunanıstan klubu Rafael Beniteslə müqavilə bağlayıb.
İspaniyalı mütəxəssis “Valensiya”da işləyərkən UEFA Avropa Liqasını qazanmaqla tanınıb. O, 2004-2010-cu illərdə “Liverpul”u çalışdırıb. İngiltərə təmsilçisi Benitesin rəhbərliyi altında 2005-2006-cı illər mövsümündə Çempionlar Liqasını qazanıb.
Təcrübəli məşqçinin son iş yeri “Selta” olub. O, 2023-cü ilin iyulundan 2024-cü ilin martına kimi Viqo klubuna rəhbərlik edib.
Qeyd edək ki, “Panatinaikos” Ruy Vitoriyanı istefaya göndərmişdi.







