featured-image-52110

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qeyri-adi hadisə yaşanıb.

Msport.az xəbər verir ki, israilli üzgüçü Anastasiya Qorbenko Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi şam yeməyində olduğu üçün final mərhələsinə gecikib.

O, 200 m məsafəyə qarışıq üzgüçülükdə həlledici mərhələyə çıxa bilməyib. Lakin nəticələrə əsasən ehtiyat idmançı olub. Avstraliyalı Ella Ramsi xəstəliyi səbəbindən start xəttinə çıxa bilmədiyindən Qorbenko əvəzləməli idi. Lakin idmançı bundan 25 dəqiqə əvvəl xəbər tutub.

Daha əvvəl isə o, avadanlıqlarını arenanın gözləmə zalında qoyub-qoymayacağını soruşub, lakin cavabdehlər onu əmin ediblər ki, iştirakına ehtiyac olmayacaq. Nəticədə final mərhələsi 6 idmançının iştirakı ilə keçirilib.

Qeyd edək ki, bu növdə qalib Kanadalı Summer Makintoş olub. Amerikalı Keyt Duqlas gümüş, avstraliyalı Keyli Makkiun isə bürünc medal qazanıb.

Bənzər xəbərlər