featured-image-65454

Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandanın I təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, “Partizan” yenidən ölkəmizə gələ bilər.

Serbiya klubu püşkatma zamanı səpələnmişlərdə yer alacaq. “Levski” və “Priştina” isə səpələnməyəcək. Bu turnirdə ölkəmizi ya “Zirə”, ya da “Sabah” təmsil edəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Şaxtyor” (Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), ÇFR (Rumıniya), “Selye” (Sloveniya)

Səpələnməmişlər: “Paksi” (Macarıstan), “Levski” (Bolqarıstan), “Aktobe” (Qazaxıstan), Azərbaycan klubu, “Priştina” (Kosovo)

Qeyri-müəyyənlər: “Spartak” (Slovakiya), İsrail klubu, Kipr klubu, İsveç klubu, Xorvatiya klubu.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq.

Bənzər xəbərlər