Patrik Vieyranın yeni iş yeri məlum oldu - RƏSMİ
Patrik Vieyra Seneqal millisinin baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu son olaraq İtaliyanın “Cenoa” klubunu çalışdırıb.
50 yaşlı mütəxəssis buna qədər “Strasburq”, “Kristal Pelas”, “Nyu York Siti”, “Nitsa” komandalarına da rəhbərlik edib.
1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş Vieyra “Mançester Siti”nin gənclər komandasında da işləyib.
O, 2025-ci ilin payızında “Cenoa”dan ayrıldıqdan sonra işsiz idi.
Vieyranın Fransa vətəndaşlığı olsa da, o, Seneqalın paytaxtı Seneqalda anadan olub.
Seneqal yığması DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya uduzduqdan (2:2) sonra baş məşqçi Papa Tiav istefaya göndərilmişdi.







