featured-image-80806

“Çelsi” “Brayton”un 35 yaşlı hücumçusu Denni Uelbekin transferi üçün fəal şəkildə çalışır.

Msport.az xəbər verir ki, klublar arasında danışıqlar müsbət gedir.

Uelbekin “Brayton”la müqaviləsi 2027-ci ilin yayına qədərdir və klub uyğun maliyyə təklifi edilərsə, onun ayrılmasına mane olmaq niyyətində deyil.

Denni Uelbek “Mançester Yunayted”in gənclər sisteminin yetirməsidir və orada da böyüklər səviyyəsində oynayıb. Onun karyerasında “Arsenal”, “Uotford” və digər klublar da var. O, 2020-ci ildən “Brayton”da çıxış edir. Ötən mövsüm 40 matçda Uelbek 14 qol vurub və iki məhsuldar ötürmə edib.

Bənzər xəbərlər