Paytaxt klubu müdafiəçisini saxlamaq istəyir
“Tottenhem” hazırda icarə əsasında “Hamburq”da çıxış edən müdafiəçi Luka Vuşkoviçə yeni müqavilə təklif etməyi düşünür.
Msport.az xəbər verir ki, Avropanın bir sıra aparıcı klubları müdafiəçinin oyununu izləyir.
Lakin “Tottenhem” xorvatiyalı oyunçuya dəyər verir və onu komandada saxlamaq istəyir. “Tottenhem”in texniki direktoru Yohan Lanqe artıq Hamburqa səfər edib və Vuşkoviçlə danışıqlar aparıb. Müqavilənin uzadılması halında maaşın əhəmiyyətli dərəcədə artması gözlənilir.
Bu mövsüm 28 matçda Vuşkoviç beş qol vurub və bir məhsuldar ötürmə edib.







