featured-image-7898

İtaliyanın “Roma” klubu müdafiəçisi Canluka Mançini ilə yeni müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu 5 illik yeni sözləşməyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər idi.

Mançini 2019-cu ildən “Roma”da forma geyinir. O, indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 128 oyunda 7 qol vurub. Mərkəz müdafiəçisi İtaliya milli komandasında da 9 oyuna çıxıb.

Bənzər xəbərlər