featured-image-80738

“Arsenal” “Benfika”nın cinah oyunçusu Andreas Şelderupu yay transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.

Msport.az xəbər verir ki, “Tottenhem” və “Roma” da 22 yaşlı Norveç millisinin üzvünün vəziyyətini izləyir.

“Benfika” isə Şelderupu satmaq istəmir və futbolçunun müqaviləsində 100 milyon avro məbləğində sərbəstqalma şərti var.

Şelderup ötən mövsüm “Benfika”nın heyətində 43 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər