featured-image-80982

PSJ “Barselona”nın yarımmüdafiəçisi Pedrini transfer etmək üçün ilk təklifini verməyə hazırlaşır.

Msport.az xəbər verir ki, Paris klubu 23 yaşlı ispaniyalı futbolçu üçün 90 milyon avro təklif etməyə hazırdır.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin karyerasını “Real”da davam etdirməyi seçməsindən sonra Paris təmsilçisinin Pedriyə marağı daha da artıb.

Pedri 2020-ci ildən “Barselona”da çıxış edir. Yarımmüdafiəçi bu müddətdə bütün turnirlərdə 245 matçda 28 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər