featured-image-1271

Pep Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzada bilər. Msport.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano yazıb. O, Braziliya Futbol Federasiyasının 51 yaşlı mütəxəssisi milliyə dəvət etmək istəməsini, amma bunun reallaşma ehtimalının az olduğunu qeyd edib.

Klub rəhbərliyi ilə yaxşı münasibətləri olan ispaniyalı məşqçi artıq yay transfer planlarını müzakirə edir.

Qvardiolanın hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Romano Pepin yaxın aylarda və ya gələn il nüqaviləni uzadacağını deyir.

2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edən mütəxəssis “şəhərlilər”lə 3 dəfə Premyerliqanı,  4 dəfə İngiltərə Liqa kubokunu və bir dəfə İngiltərə kubokunu qazanıb.

Bənzər xəbərlər