featured-image-4632

“İnter”in yarımmüdafiəçisi İvan Perişiç yaxın vaxtlarda tibbi müayinədən keçib “Tottenhem”lə müqavilə bağlamalıdır.

Msport.az xəbər verir ki, bu bərədə jurnalist Nikolo Skira tviter səhifəsində yazıb. Azad agent kimi London klubuna yollanan 33 yaşlı futbolçu iki illik anlaşmaya imza atacaq.

Xorvatiyalı futbolçu yeni komandasında mövsümə 6 milyon avro alacaq.

Perişiç 2015-ci ildən “İnter”də çıxış edirdi. O, İtaliya klubunun heyətində 254 oyunda 55 qol vurub və 49 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər