featured-image-13144

Peşəkar Futbol Liqasının (PFL)  prezidenti Elxan Səmədovun barmağı sınıb.

Msport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, xəbər verir ki, Səmədov Minifutbol Federasiyasının keçirdiyi 40+ yarışlarında “Topçular” komandasının heyətində çıxış edir.

Bu komanda həftədə iki dəfə məşqlər keçir. Belə məşqlərdən birində top PFL-in yeni rəhbərinin barmağına tuş gəlib. Həkimlər zədəni müayinə etdikdən sonra əməliyyata ehtiyac olduğunu bildiriblər. Əməliyyat zamanı ələ müvəqqəti olaraq mil yerləşdirilib.

Xatırladaq ki, Səmədov iyulun 29-da PFL-in prezidenti seçilib. O, bu postda Ramin Musayevi əvəzləyib.

Bənzər xəbərlər