Kompani “Bavariya”ya qayıtdı
“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb.
Msport.az xəbər verir ki, oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb.
Kompani son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, xəstəliyin əlamətlərinə baxmayaraq, fəaliyyətini tam davam etdirib.
Vensan Kompani 2024-cü ilin mayından “Bavariya”nın baş məşqçisidir. Onun rəhbərliyi altında Münhen təmsilçisi iki dəfə Almaniya çempionu olub, eyni sayda ölkə Superkubokunu qazanıb, həmçinin bir dəfə Almaniya Kubokunun qalibi olub.







