Pikforda Meksikadan təklif
Meksikanın “Tiqres” klubu İngiltərə yığmasının və “Everton”un qapıçısı Cordan Pikfordu transfer etmək niyyətindədir.
Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper üçün 16 milyon dollarlıq təklif hazırlanıb.
Pikfordun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 39 matçda iştirak edib və 51 qol buraxıb.
Qeyd edək ki, Pikford DÇ-2026-da meydanda olduğu 7 oyunda qapısında 8 qol görüb.







