Pirlo Türkiyə klubunun baş məşqçisi oldu
“Yuventus”un sabiq baş məşqçisi Andrea Pirlo Türkiyənin “Fatih Karagümrük” klubu ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
43 yaşlı mütəxəssis 1 illik müqaviləyə imza atıb.
“Fatih Karagümrük” ötən mövsüm Türkiyə Super Liqasında 8-ci yeri tutub.
Komandada vaxtı ilə A seriyasında çıxış etmiş futbolçular forma geyinir: qapıçı Emiliano Viviano, müdafiəçi Davide Biraski, Caner Erkin, yarımmüdafiəçi Abdullaye Ture, hücumçular Fabio Borini və Yann Karamo.