Poçettino mətbuat konfransını yarımçıq tərk etdi: "Suallarınız qəribədir"
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Türkiyə ilə oyundan sonra (2:3) mətbuat konfransını yarımçıq tərk edib.
Msport.az xəbər verir ki, o, sualların tonundan razı qalmayıb. Argentinalı mütəxəssis media nümayəndələrinə dəfələrlə vurğulayıb ki, komanda əvvəlcədən qrupda 1-ci yeri tutumuşdu və oyunun heç bir prinsipial yox idi.
“Bəlkə də bunu büruzə vermirəm, amma sizin suallarınız qəribədir. Mən razıyam, futbolçular da həmçinin. Biz qrupda 1-ci yeri tutmuşuq. Bəlkə hamı elə fikirləşir ki, bu gün evə qayıdırıq, Türkiyə isə dünya çempionatında qalır? Türkiyə 3 xala sevindi, Avstraliya və Paraqvay qrupdan çıxmağına. Siz qrupda 1-ci yeri tutduğumuza görə bizi təbrik etmədiz. Bu adamı məyus edir. Mən hamıya xatırlatmalıyam ki, qrupda birinci olmuşuq. Bağışlayın, uşaqlar, biz qalib gəlmişik”.







