featured-image-2002

PSJ-nin baş məşqçisi Maurisio Poçettino azarkeşlərin argentinalı hücumçu Lionel Messini fitə basmasından danışıb.

Msport.az xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisinin azarkeşlər tərəfindən fitə basılmasını başa düşməyin çətin olduğunu bildirib:

“Bu, inanılmazdır. Messinin böyüklüyünü, eləcə də, futbola nə verdiyini və bundan sonra da verəcəyini nəzərə alsaq, belə şeyləri başa düşmək çətindir. Anlaşılmaz bir vəziyyətdir”.

Parisli azarkeşlər mövsümboyu 34 yaşlı futbolçunu fitə basıblar.

Messi dünən keçirilən oyunda “Lans”la oyunda komandasının yeganə qolunu vurub – 1:1. PSJ bu heç-heçə sayəsində vaxtından əvvəl Fransa çempionu olub.

Bənzər xəbərlər