featured-image-586

PSJ-nin baş məşqçisi Maurisio Poçettino və onun köməkçiləri klubdan qovulsalar, alacaqları təzminat məlum olub.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Adrian Qrenye tvitterdə paylaşım edib. Əgər Poçettinonu mövsümün gedişində və ya çempionat başa çatdıqdan sonra istefaya göndərsələr, Paris klubu ona və köməkçilərinə 20 milyon avrodan çox təzminat ödəyəcək.

Argentinalı mütəxəssisin PSJ ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulsa da, hər kəs onun daha tez göndəriləcəyini güman edir.

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan və “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone Poçettinonun yerinə əsas namizəd sayılırlar.

Bənzər xəbərlər