Podolskinin rekordu qırıldı
“Real” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem dörd böyük beynəlxalq turnirdə oynayan ən gənc oyunçu olmaqla Avropa futbol tarixini yenidən yazıb.
Msport.az xəbər verir ki, ingilis yarımmüdafiəçi bu unikal rekordu 2026-cı il dünya çempionatında Xorvatiyaya qarşı qrup mərhələsi matçında yeniləyib.
“22 yaş 353 günlük Cud Bellingem tarixdə dörd fərqli böyük beynəlxalq turnirdə oynayan ən gənc avropalı oyunçudur”, – Opta Sports xəbər verir.
Bu rekord əvvəllər 23 yaş 4 günlük yaşında dördüncü beynəlxalq turnirində oynayan Almaniya millisinin keçmiş hücumçusu Lukaş Podolskiyə məxsus idi. Artıq iki Avropa çempionatında və iki dünya çempionatında oynamış Bellingem bu göstəricini keçib.







