featured-image-65582

“Sabah”ın qapıçısı Stas Pokatilovun Azərbaycan klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Msport.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilə müqavilə bu mövsümün sonuna qədərdir.

Onun sözləşməsini uzatmayacağı və ölkəsinə qayıdacağı ilə bağlı məlumatlar var. Qazaxıstanın “sports.kz” nəşrinin yaydığı xəbərdə isə bildirlib ki, 32 yaşlı qolkiper hələlik karyerası ilə bağlı yekun qərar verməyib. Onun hazırda bütün diqqətini mayın 31-də “Qarabağ”la Azərbaycan kubokunun final matçına yönəltdiyi və indiki məqamda “Sabah”ı tərk etmək fikrində olmadığı bildirib.

Qeyd edək ki, Pokatilov bu ilin yanvarında “Tobol”dan “Sabah”a keçib. O, bu mövsüm Bakı klubunda 18 oyun keçirib, 19 qol buraxıb.

Bənzər xəbərlər