"Pokatilovda günah yoxdur, çünki "Sabah"ın müdafiəsi o qədər də güclü görünmür"
Rusiyalı jurnalist Aleksandr Troitski Qazaxıstan millisinin və “Sabah”ın qapıçısı Stas Pokatilovun cari mövsümdəki çıxışını dəyərləndirib.
Msport.az xəbər verir ki, o, qazaxıstanlı qolkiperin mövsüm ərzində pis təsir bağışlamadığını bildirib:
“Sabah” liqada beşinci yeri tutsa da, kuboku qazanaraq, Avropa Liqasına vəsiqə əldə etdi. Qazaxstanlı qapıçı bütün turnirlərdə 19 oyun keçirib. Düzdür, “quru oyun”ları azdır (cəmi 4), amma burada Stası günahlandırmaq çətindir. Çünki komandanın müdafiəsi o qədər də güclü görünmür. Müqaviləsi iyun ayında başa çatır, media onun vətəninə qayıdacağını yazdı, lakin qapıçının özü bu məlumatı təkzib etdi”.
Qeyd edək ki, Pokatilov “Sabah”a bu ilin yanvarında keçib.