Polşalı qapıçı “Yuventus”a keçir
Polşalı qapıçı Kamil Qrabara Almaniyanın “Volfsburq” klubunda ikinci mövsümündə komandası ilə birlikdə Bundesliqanı tərk edib.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu bu yay karyerasında yeni mərhələyə addım atmağa hazırlaşır.
Qapıçı Turin “Yuventus”u ilə müqavilə şərtlərini razılaşdırıb. Turin klubu transfer kampaniyasının başa çatmasına az qalmış məhz qapıçı mövqeyində rotasiyanı gücləndirmək üçün fəallaşıb.
Hazırda söhbət futbolçunun 1 illik icarəsindən və sonradan transfer hüquqlarının alınması imkanından gedir. Qrabara ehtiyat qapıçı kimi nəzərdən keçirilir.
Ötən mövsüm Qrabara 37 oyunda 71 qol buraxıb. Bu matçların 4-də isə qapısını toxunulmaz saxlayıb.







