Poqba “Monako”dan ayrılır
“Monako” rəhbərliyi 33 yaşlı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv etmək niyyətində olduqları barədə məlumat verib.
Msport.az xəbər verir ki, moneqasklılar oyunçu ilə maliyyə razılığına gəlməyə çalışırlar və çox güman ki, 2027-ci ilin yayına qədər olan müqaviləsinə əsasən ona tam maaşını ödəyəcəklər.
“Monako” fransız futbolçunun müqaviləsini 2025-ci ilin sonunda ləğv etmək istəyib, lakin o, klub rəhbərliyini səbirli olmağa inandırıb.
Poqba 2025-ci ilin yayından bəri moneqasklıların oyunçusudur. Bu müddət ərzində yarımmüdafiəçi altı oyun keçirib və bəzilərini zədə səbəbindən buraxıb. Nice-Matin əvvəllər Poqbanın komandanın İngiltərədəki təlim-məşq toplanışı zamanı yeni zədə aldığını bildirmişdi.







