featured-image-4142

Pol Poqbanın “Yuventus”a qayıtması ilə bağlı danışıqlar son mərhələdədir. Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, Fransa millisinin üzvü “Mançester Yunayted”dən ayrılıb başqa klubda çıxış etmək istəyir. Onun fikrincə ən yaxşı variant məhz “Yuventus”dur.

29 yaşlı futbolçunun transferində Turin klubunun baş məşqçisi Massimiliano Alleqri də maraqlıdır. “Yuve” rəsmiləri Pavel Nedved və Mauritsio Arrivabene Poqbanın təmsilçiləri ilə görüşüb transferin şərtlərini müzakirə edəcəklər. Poqbanın 7,5 milyon avro məbləğində əməkhaqqı və bonuslar alacağı gözlənilir.

Yarımmüdafiəçi 2021-2022-ci illər mövsümündə “Mançester Yunayted”də bütün turnirlərdə 27 oyunda meydana çıxıb 1 aol vurub və 9 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Poqba 2021-2016-cı illərdə “Yuventus”un formasını geyinib.

 

Bənzər xəbərlər