featured-image-2129

“Portu” Portuqaliya çempionatının 31-ci turunda “Braqa”ya 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, bu, Serjiu Konseysaunun komandasının yerli liqada 58 oyundan sonra ilk məğlubiyyəti olub.

“Portu” sonuncu dəfə çempionatda 2020-ci ilin 30 oktyabrında uduzub. 58 oyunluq məğlubiyyətsiz seriya Portuqaliya çempionatının yeni rekordu olub. Konseysaunun yetirmələri bu müddət ərzində 47 matçda qalib gəliblər, 11 görüşdə heç-heçə ediblər.

31 turdan sonra 82 xal yığan “Portu” “Sportinq”i 9 xal qabaqlayır. “Portu” bu gün qalib gəlsə idi, çempionluğunu rəsmiləşdirə bilərdi

Bənzər xəbərlər