“Portuqaliya dünya çempionu ola bilər”
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin DÇ-2026-dakı şanslarını dəyərləndirib.
Msport.az xəbər verir ki, məşhur mütəxəssis həmyerlilərinin mundialı qazana biləcəklərini deyib:
“Portuqaliya hər şey edə bilər. Onlarda inanılmaz nəsil yetişib. Bir il əvvəl Millətlər Liqasında qələbə qazandılar. 2016-cı ildə Avropa çempionu oldular. Bu nəsil texniki baxımdan hamını üstələyir. Əlbəttə, Karlo Ançelottinin Braziliyası, bundan başqa, Argentina var. Lakin Portuqaliya dünya çempionu ola bilər”.







