Portuqaliya millisinin baş məşqçisi mundialdan sonra işindən gedəcək
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines nəticənin necə olmasından asılı olmayaraq, DÇ-2026-dan sonra postunu tərk edəcək.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs paylaşım edib.
İspaniyalı mütəxəssis müqaviləsini uzatmamağı qərara alıb.
Martines əvəllər “Suonsi”, “Uiqan”, “Everton” klublarını, həmçinin Belçika millisini çalışdırıb.







