featured-image-725

DÇ-2022-nin pley-off mərhələsinin finalında martın 29-u keçiriləcək 2 oyuna hakim təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, Polşa – İsveç matçını İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona Çiro Karbone və Alessandro Qiallatini kömək edəcək. Dördüncü hakim funksiyasını Davide Massa yerinə yetirəcək.

Portuqaliya – Şimali Makedoniya görüşü isə İngiltərə Futbol Federasiyasından Entoni Teylora tapşırılıb. Qari Beşvik və Adam Nunn laysmanlar, Mixael Oliver dördüncü hakim olacaq.

Qeyd edək ki, martın 29-u keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bənzər xəbərlər