featured-image-78008

“Liverpul” və “Çelsi” bu yay “Sportinq”in yarımmüdafiəçisi Fransisko Trinkaonu transfer etməyi düşünürlər.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndi var.

Trinkao bu mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 13 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Trinkao Portuqaliya millisində 17 oyun keçirib və üç qol vurub.

Bənzər xəbərlər