Premyer Liqa: 2 oyunun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasında 2 oyunun vaxtında dəyişiklik edilib.
Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, yayım və təşkilati məsələlərlə əlaqədar XXV tur çərçivəsində martın 4-də baş tutacaq “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz-Naxçıvan” görüşlərinin başlama saatı dəyişib.
Hər iki qarşılaşma öncədən açıqlanmış vaxtdan 30 dəqiqə tez başlayacaq. Belə ki, “Turan Tovuz” – “Zirə” oyunu saat 17:30-da, “Sabah” – “Araz-Naxçıvan” matçı isə 19:30-da start götürəcək.