Premyer Liqa: 32-ci tura Sumqayıtda yekun vurulacaq
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun son oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, “Sumqayıt” doğma arenada “Neftçi”ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Hazırda “Neftçi” 35 xalla yeddinci, “Sumqayıt” isə 29 xalla səkkizinci pillədədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1 hesabı ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu