featured-image-64553

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start veriləcək.

Msport.az xəbər verir ki, açılış oyununda “Zirə” “Turan Tovuz”la qarşılaşacaq.

Bakıda baş tutacaq görüş saat 20:00-da başlayacaq. Hazırda “Zirə 64 xalla ikinci, “Turan Tovuz” isə 49 xalla dördüncü pillədədir.

Turun digər oyunları mayın 3-4-də keçiriləcək.

 

Azərbaycan Premyer Liqası

XXXIII tur

2 may

 

20:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Rüfər Əmirov

Zirə İdman Kompleksinin stadionu

Bənzər xəbərlər