"Kəpəz" qələbə sayəsində son pillədən qurtuldu - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Msport.az xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” və “Kəpəz” klubları üz-üzə gəliblər.
“Dalğa Arena”da keçirilən qarşılaşma nominal qonaqların qələbəsi ilə başa çatıb. Yeganə qolu 75-ci dəqiqədə Adama Niane vurub. Bu qələbə ilə xallarını 9-a çatdıran “Kəpəz” son pillədən xilas olub. 20 xalı olan Naxçıvan təmsilçisi isə 4-cü pillədə qalıb.
Azərbaycan Premyer Liqası
XIII tur
19:00. “Araz-Naxçıvan” – “Kəpəz” – 0:1
Qol: Adama Niane, 75
“Dalğa Arena”
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov
Qeyd edək ki, XIII turun digər görüşləri noyabrın 11-12-də baş tutacaq.