featured-image-62291

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Msport.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Açılış matçında autsayderlər üz-üzə gələcək. “Şamaxı” son pillədə qərarlaşan “Səbail”in qonağı olacaq. Rəqibindən 3 xal geri qalan bakılılar son pillədən qurtulmaq üçün mütləq qələbə qazanmalıdır. Hazırda 8-ci pillədəki “Şamaxı” 21 xala, 10-cu sıradakı “Səbail” isə 18 xala malikdir.

Ardından elitanı tərk etmək təhlükəsi olan “Sumqayıt” lider “Qarabağ”ı qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 7-ci yerdə qərarlaşır. Son vaxtlar uğursuz nəticələrlə diqqət çəkən “kimyaçılar” daha bir məğlubiyyət təqdirində vəziyyətini daha da qəlizləşdirə bilər. Lider Ağdam klubunun isə 57 xalı var.

Qeyd edək ki, turun digər oyunları martın 4-5-də keçiriləcək.

 

Azərbaycan Premyer Liqası

XXV tur

3 mart (bazar ertəsi)

 

17:00. “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”

 

19:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bənzər xəbərlər