featured-image-63985

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Msport.az xəbər verir ki, ilk gündə 1 oyun keçiriləcək.

Turun açılış matçında avrokuboklara iddia edən “Araz-Naxçıvan”la “Turan Tovuz” üz-üzə gələcək. Komandalar hazırda turnir cədvəlində qonşudur. “Araz-Naxçıvan” 52 xalla üçüncü, “Turan Tovuz” isə 47 xalla dördüncüdür. Tovuz təmsilçisi bürünc medal ümidlərini artırmaq üçün səfərdə mütləq qalib gəlməlidir. Əks təqdirdə, naxçıvanlılar ilk “üçlük”dəki yerini böyük ölçüdə təmin edəcək.

 

Azərbaycan Premyer Liqası

XXXI tur

18 aprel

 

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Liv Bona Dea Arena”

 

Qeyd edək ki, turun digər oyunları aprelin 19-20-də keçiriləcək.

Bənzər xəbərlər