Premyer Liqa: IV dövrə Tovuzda start götürür
Azərbaycan Premyer Liqasında qısa fasilə başa çatır.
Msport.az xəbər verir ki, bu gün 28-ci tura start veriləcək.
İlk gündə 1 oyun keçiriləcək. Turun açılış matçında “Turan Tovuz” “Qarabağ”ı qəbul edəcək. Bununla 4-cü – həlledici dövrə start götürəcək.
Hazırda 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan tovuzlular ilk “üçlük”dən uzaq düşməmək üçün doğma arenasında mütləq qələbə qazanmalıdır.
Lider “Qarabağ” isə aktivindəki xallarının sayını artırmağa çalışacaq. Hazırda 64 xala malik olan “Qarabağ” ən yaxın izləyicisini 12 xal qabaqlayır.
Azərbaycan Premyer Liqası
28-ci tur
19:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu