Premyer Liqa klubu “Google” ilə anlaşdı
“Tottenhem” klubunun rəhbərliyi “Google”-un nümayəndələri ilə ev oyunlarını keçirdiyi stadiona şirkətin adının verilməsiylə bağlı danışıqlar aparır.
Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem”in prezidenti Daniel Levi “Google” ilə “doğru pula doğru marka” adı altında müqavilə bağlamaqda maraqlı olduqlarını bildirib.
Hazırda müqavilə hələ imzalanmayıb. Lakin “The Athletic”in məlumatına görə, “Google” ilə danışıqlarda əhəmiyyətli razılıq əldə olunub.
“Tottenhem Hotspur Stadium”da təkcə futbol matçları deyil, həm də konsertlər, boks yarışları və Amerika futbolu oyunları keçirmək imkanı var.