Premyer Liqa klubunda ciddi itki
“Nyukasl” Premyer Liqada mövsümün son oyunları ərəfəsində ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Lyuis Mayli zədə səbəbindən cari mövsümü başa vurub.
Məşq zamanısıradan çıxan futbolçu komandasının çempionatdakı həlledici qarşılaşmalarında iştirak etmək şansını itirib.
Qeyd edək ki, cari mövsümdə “Nyukasl”ın forması ilə bütün turnirlərdə ümumilikdə 34 matçda meydana çıxan Lyuis Mayli rəqib qapılarından 3 top keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







