featured-image-77558

“Börnli” baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb. Yeni baş məşqçisinin tezliklə təqdim olunacağı bildirilib.

Qeyd edək ki, “Börnli” 2024/2025 mövsümündə Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

Bənzər xəbərlər