Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ
“Tottenhem” müdafiəçisi Ben Devislə yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu daha bir 1 il London klubunda çıxış edəcək.
Təcrübəli oyunçu 2014-cü ildən “Tottenhem”in şərəfini qoruyur. O, 12 il ərzində 363 oyunda 10 qol vurub və 26 məhsuldar ötürmə verib.







