Premyer Liqa: Liderlərin ev sınağı
Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.
Msport.az xəbər verir ki, ikinci gündə daha 2 oyun keçiriləcək.
Hər iki görüş Bakıda baş tutacaq. Əvvəlcə avrokuboklara iddialı “Araz-Naxçıvan” “Səbail”i qəbul edəcək.
Ardından isə çempionatın lideri “Qarabağ” elə də uğurlu mövsüm keçirməyən “Sabah”la qarşılaşacaq.
Qeyd edək ki, turun son iki matçı sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
22 fevral (şənbə)
16:00. “Araz-Naxçıvan” – “Səbail”
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”
19:00. “Qarabağ” – “Sabah”
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu
1 | Qarabağ | 23 | 18 | 2 | 3 | 59-14 | 56 |
2 | Araz-Naxçıvan | 23 | 13 | 5 | 5 | 23-16 | 44 |
3 | Zirə | 23 | 13 | 3 | 7 | 38-21 | 42 |
4 | Turan Tovuz | 23 | 10 | 9 | 4 | 31-24 | 39 |
5 | Sabah | 23 | 7 | 11 | 5 | 32-29 | 32 |
6 | Neftçi | 24 | 6 | 9 | 9 | 22-32 | 27 |
7 | Sumqayıt | 24 | 6 | 4 | 12 | 15-33 | 22 |
8 | Şamaxı | 23 | 5 | 6 | 12 | 21-30 | 21 |
9 | Kəpəz | 23 | 5 | 4 | 14 | 21-47 | 19 |
10 | Səbail | 23 | 4 | 5 | 14 | 20-35 | 17 |
Bombardirlər: Leandro Andrade (“Qarabağ”) – 9 qol, Cesse Sekidika, Coy-Lens Mikels (hər ikisi “Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov, Salifu Suma (hər ikisi “Zirə”) – 8.