featured-image-70280

“Mançester Yunayted” Kolumbiyanın “Fortalesa” klubunda çıxış edən 17 yaşlı dayaq yarımmüdafiəçisi Kristian Oroskonun transferini razılaşdırıb.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” kolumbiyalı futbolçu üçün 1 milyon dollar ödəyəcək.

Orosko hazırda Kolumbiyanın U-17 yığmasının üzvüdür. Transfer rəsmiləşsə də, o, “Mançester Yunayted”ə 2026-cı ilin yayında qoşulacaq.

Bənzər xəbərlər