Premyer Liqa nəhəngi 45 milyona futbolçu alır
“Atalanta”nın yarımmüdafiəçisi Ederson “Mançester Yunayted”ə keçməyə yaxındır.
Msport.az xəbər verir ki, klublar braziliyalı futbolçu ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə ediblər və yaxın vaxtlarda tam razılıq əldə oluna bilər.
Tərəflər hələ bonusların strukturunu razılaşdırmalıdırlar. Lakin transferdə iştirak edən bütün tərəflər keçidin baş tutacağına əmindirlər. Transfer “Qırmızı şeytanlar”a 45 milyon avroya başa gələcək. 26 yaşlı futbolçu İngiltərə nəhəngi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq və illik 5 milyon avro maaş alacaq.
Cari mövsümdə yarımmüdafiəçi “Atalanta”nın heyətində keçirdiyi 41 matçda üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.







