Premyer Liqa nəhəngləri La Liqadan hücumçu istəyir
“Çelsi” və “Mançester Yunayted” “Real Sosyedad”ın hücumçusu Ander Barreneçea ilə müqavilə imzalamaq niyyətindədirlər.
Msport.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu hər iki Premyer Liqa təmsilçisinin əsas transfer siyahısında yer alıb.
Hücumun həm sol, həm də sağ cinahında çıxış etməyi bacaran Barreneçea 2019-cu ilin iyulundan “Real Sosyedad”ın əsas komandasında forma geyinir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Real Sosyedad”ın yetirməsi olan hücumçu 2025/2026 mövsümündə meydana çıxdığı 34 matçda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.







