Premyer Liqa: "Qarabağ" liderliyini möhkəmləndirdi
FAzərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Msport.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub.
Xallarının sayını 32-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.
____________________________________
Bu gün Azərbaycan Premyer Liqasında XV tur başa çatacaq.
Msport.az xəbər verir ki, son olaraq “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək.
Görüş saat 19:30-da olacaq. Ağdam təmsilçisi 29 xalla birinci, qonaqlar 11 xalla 9-cu pillədə qərarlaşıblar.
Azərbaycan Premyer Liqası
XV tur
19:30. “Qarabağ” – “Qəbələ” 3:0
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.